İsrailin Müdafiə Qüvvələrinə tezliklə Qəzza zolağına daxil olmaq əmri verilə bilər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant sərhəd yaxınlığındakı hərbçilərə müraciətində bildirib.
"İndi Qəzzanı uzaqdan görürsünüz, tezliklə içəridən də görəcəksiniz. Əmr gələcək", - nazir qeyd edib.
Milli.Az