Tezliklə Qəzzaya daxil olacağıq - Nazir

19 Oktyabr 2023 20:55

İsrailin Müdafiə Qüvvələrinə tezliklə Qəzza zolağına daxil olmaq əmri verilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant sərhəd yaxınlığındakı hərbçilərə müraciətində bildirib.

"İndi Qəzzanı uzaqdan görürsünüz, tezliklə içəridən də görəcəksiniz. Əmr gələcək", - nazir qeyd edib.

Milli.Az