Dünya

Qəzzada xəstəxana yerdən partladılıb - ABŞ

19 Oktyabr 2023 00:05
Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ kəşfiyyatının topladığı məlumatlar arasında bunun hava hücumu deyil, yerüstü partlayış olduğunu göstərən proqnoz var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN mənbələrə istinadən məlumat dərc edib.

Məlumatda qeyd olunur ki, ABŞ Qəzza zolağında xəstəxanaya hücumun havadan həyata keçirilmədiyini düşünür.

"Yer səviyyəsində başlayan partlayışla uyğun gələn geniş yanğın və dağılmış dağıntılar olub", - mənbələr qeyd edib.

Eyni zamanda, mənbələrdən biri bildirib ki, ərazidə aviabomba istifadəsini göstərən heç bir krater olmayıb.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında Əl-Əhli xəstəxanasına endirilən zərbə ilə bağlı Pentaqonun verdiyi məlumatlar İsrailin insidentdə iştirak etmədiyini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.