Dünya

İsrail-Fələstin müharibəsi - Son xəbərlər - FOTO

10 Oktyabr 2023 09:44
Baxış: 2 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Fələstin müharibəsində vəziyyət getdikcə daha çox qızışır.

Milli.Az Qəzza zolağından sonuncu görüntüləri və müharibənin gedişatındakı mühüm faktorları təqdim edir.

Fələstin prezidenti Mahmud Abbas: Anklavda suyun, işığın kəsilməsi insanlıq cinayətidir. 

Bu arada Mahmud Abbasın Moskvaya səfəri gözlənilir. 

Həmas təmsilçisi Musa Abu Marzuk bildirib ki, onlar İsraillə siyasi dialoqa hazırdırlar. İsrail tərəfi isə Həması bitirməkdə qərarlıdır. 

Hərbi münaqişənin 1 həftəsinin tamamı İsrail büdcəsinə 1 milyard dollara başa gələcək. Bu barədə ölkənin maliyyə nazirliyi məlumat verib. 

Həmasın İsrailə hücumu nəticəsində 11 ABŞ, 7 Argentina vətəndaşı həyatını itirib. Fransa isə 14 vətəndaşının itkin düşdüyünü bildirib. 

Qətərin "Əl Cəzirə" telekanalı Qəzzadan canlı yayımlarını dayandırıb. Buna səbəb əməkdaşların təhlükəsizliyidir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.