Dünya

Baydenin oğlunun borcları 10 milyon dolları keçib

6 Oktyabr 2023 10:39
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin borcları 10 milyon ABŞ dollarını keçib. Federal ittihamlarla üzləşdiyi üçün və bahalı məhkəmə ehtimalı ilə o, daha milyonlarla dollar pul xərcləyə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hanter silah saxlamaqda, eləcə də vergi cinayətlərində ittiham olunur.

Bundan əvvəl H.Bayden ABŞ prokurorları ilə razılaşmanın bir hissəsi olaraq vergi cinayətləri də daxil olmaqla, üç ittiham üzrə özünü təqsirli bilib. O, silahların saxlanması zamanı pozuntuları da etiraf edib. Belə ki, oktyabrın ortalarında narkotik vasitələr istifadə etdiyi halda "Colt" tipli tapançaya sahib olub, bu isə qanun pozuntusudur.

Hanterin dostları silah məsələsinin barışıq razılaşması ilə həll olunacağına ümid edirlər. Lakin bu ümidlər özünü doğrultmaya da bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.