Dünya

Qırğızıstanda güclü zəlzələ oldu

1 Oktyabr 2023 10:37
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.

Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.