Dünya

Payız çətin olacaq, Ukraynanın 45 gün vaxtı qalıb – Milli

10 Sentyabr 2023 20:18
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının aktiv mərhələsi daha 30-45 gün davam edə bilər. Bundan sonra hücum əməliyyatı hava şəraitinə görə çətinləşəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, payızda ukraynalı hərbçilərin manevrləri daha çətin olacaq, buna görə də hücum hərəkətləri ləngiyə bilər:

"Ağır döyüşlər hələ də davam edir. Ukraynalılar döyüşür və ardıcıl olaraq irəliləyirlər. Döyüş üçün əlverişli hava şəraiti təxminən 30-45 gün qalıb. Döyüşlər hələ bitməyib. Ukrayna Silahlı Qüvvələri planlaşdırdıqları döyüş mərhələsini hələ başa çatdırmayıb. Əvvəldən demişdim ki, bu müharibə uzun, ləng, ağır və böyük itkilərlə davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.