Dünya

İlin dələduzu - Qadın işləmədən 16 şirkətdən maaş alıb

7 Sentyabr 2023 18:32
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bir qadın üç il ərzində işəgötürənləri aldadaraq 16 şirkətdən maaş alıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.

Qəzetdə çıxan xəbərə görə, Quan Yue adlı qadın eyni vaxtda 16 fərqli şirkətin işçisi olub, amma özü heç bir iş görməyib. O, müəyyən tapşırıqlar üçün başqalarını işə götürüb və onlardan komissiya alıb. Quan hər bir iş üçün başlanğıc tarixləri, iş adları və bank hesabı nömrələri daxil olmaqla, vacib məlumatların ətraflı kağız qeydlərini saxlayıb.

Fırıldaqçı qadın öz sxemini genişləndirmək qərarına gəldikdə ifşa olunub. 2022-ci ilin oktyabrında Quan Yue texnologiya şirkətinin sahibi Liu Jian tərəfindən işə götürülüb. Yuenin təqdimatıyla effektiv SV-si və böyük təcrübəsi olan daha yeddi nəfər işə qəbul edilib. Liu Jian komandanın liderinə - Yueyə ayda 20 min yuan ödəyir, onun "komandasının üzvləri" isə bu məbləğin təxminən yarısını alır. Lakin "komanda" nəticə əldə edə bilməyib və müqavilələrinə xitam verilib.

Bundan sonra iş adamı hesabatlarda qeyri-dəqiqlik aşkar edərək polisə məlumat verib. İstintaq müxtəlif bank hesablarına minlərlə yuandan on minlərlə yuana qədər əmək haqqı kimi köçürülmüş şübhəli vəsait axınını üzə çıxarıb.

Polis Quanın cinayətkar dəstəsinin 53 üzvünü əmək haqqı dələduzluğuna görə həbs edib. İş üzrə ümumi məbləğ 50 milyon yuanı (7 milyon dollar) ötüb.

Qadın və əri pulun bir hissəsini Şanxayda villa almaq üçün xərcləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.