Artıq Üçüncü Dünya müharibəsi başlayıb və Ukrayna bu müharibədə fəal iştirak edir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Ukrayna NATO-ya üzv olmalıdır. Dünyada indi baş verən hadisələr bitməyəcək. Əgər kimsə Üçüncü Dünya müharibəsinin başlamadığına inanırsa, bu, böyük səhvdir", - Danilov bildirib.
Danilovun fikrincə, Ukraynanın NATO-ya daxil olması alyansı gücləndirəcək, Ukrayna münaqişəsinin nəticəsi isə BMT-nin rolunu dəyişəcək.
Milli.Az