Dünya

ABŞ 4 minə yaxın hərbçisini Avropadan çıxarır

2 Sentyabr 2023 11:54
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın hərbi qulluqçusunun vətənə qayıtması imkanını nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, hərbçilərin bölgədə qalma müddəti 2024-cü ildə başa çatır. Buna görə, Pentaqon gələcək fəaliyyət üçün üç variantı - adı çəkilən bölmələrin tam rotasiyası, qismən rotasiyası və ya dəyişdirilmədən vətənlərinə qaytarılması nəzərdən keçirir.

Bildirilir ki, Amerika müdafiə departamentinin bəzi nümayəndələri artıq ABŞ ordusunun Avropada artan kontingentini saxlamağa ehtiyac olmadığını düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.