Dünya

Avropadakı xizək kurortlarında qar qıtlığı gözlənilir

29 Avqust 2023 08:53
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropalı alimlər hesab edirlər ki, Yer kürəsində orta temperatur selsi üzrə iki dərəcə yüksələrsə, Avropadakı xizək kurortlarının 53 faizi qar qıtlığı ilə üzləşə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Nature Climate Change" jurnalının dərc etdiyi araşdırmada qeyd olunur.

Vəziyyət pisləşərsə və orta temperatur selsi üzrə dörd dərəcə artarsa, o zaman qar qıtlığı problemi kurortların 98 faizinə təsir edəcək.

Tədqiqatda iştirak edən alimlər qeyd edirlər ki, xizək turizmi Avropanın dağlıq rayonlarının iqtisadiyyatının mühüm tərkib hissəsidir.

Xəbərdarlıqda qeyd olunur ki, süni qarın istehsalı qıtlıq problemini yalnız qismən həll edəcək və bu proses Yer kürəsinin istiləşməsinə səbəb olan karbon qazı emissiyalarının artmasına səbəb olacaq.

Avropa mediası xatırladır ki, 2015-ci il "Paris razılaşması" 2100-cü ilə qədər qlobal orta temperaturun artımını selsi üzrə 2 dərəcədən aşağı saxlamaq vəzifəsini nəzərdə tutur.

Alimlər tədqiqat zamanı İslandiyadan Türkiyəyə qədər yerləşən 2,2 min kurortda təhlil aparıblar və mümkün vəziyyətləri simulyasiya ediblər.

Son bir neçə ildə bir çox Avropa ölkəsi son dərəcə isti yaylarla üzləşib, meteoroloqlar rekord temperatur qeydə alıblar.

Keçən il Yeni il bayramları ərəfəsində bir çox xizək kurortları, xüsusən də Fransa və İsveçrədə olan kurortlar qarın olmaması səbəbindən məhdudiyyətlərlə işləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.