Dünya

Moskvaya yenə PUA hücumu edildi - VİDEO

18 Avqust 2023 09:29
Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları "Ekspocenter" ərazisinə düşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb.

O, qeyd edib ki, ilkin məlumata görə, "ciddi dağıntı", zərərçəkənlər yoxdur.

"Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları "Eksposentr" zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir", - Sobyanin yazıb.

Eyni zamanda, "Baza" teleqram kanalı xəbər verir ki, "Expocentre"nin 8-ci pavilyonunda 30 kvadratmetr sahədə çökmə baş verib. Partlayış səsləri Moskva vilayətində, xüsusən də Krasnoqorskda, Odintsovoda, eləcə də "Moskva Siti" ərazisində eşidilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.