Dünya

Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşən uşaqların sayı açıqlanıb

6 Avqust 2023 14:51
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində itkin düşənlər arasında uşaqlar da var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.

O, hazırda ərazidə 7-8 uşağın axtarıldığını qeyd edib.

Nazir əlavə edib ki, ərazidə qopmuş bədən də üzvləri aşkarlanıb və onların kimə məxsus olduğunu müəyyənləşdirmək məqsədilə DNT analizi aparılır.

Yerli KİV-in məlumatına görə itkin düşənlər arasında bir Rusiya vətəndaşı da var.

Həlak olanlarında bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatlara görə, sürüşmə nəticəsində itkin düşənlər arasında etnik azərbaycanlı 18 yaşlı Samirə İsayeva da var. Ailəsinin məlumatına görə, sürüşmə ərazisində olan gənclə avqustun 2-dən sonra əlaqə saxlamaq mümkün olmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.