Dünya

Xadimələr pul yığıb lotereya aldılar, cekpot qazandılar

4 Avqust 2023 07:00
Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Kerala əyalətində xadimə işləyən 11 qadın pullarını bir yerə toplayaraq lotereya bileti alıblar və nəticədə 1,2 milyon dollar məbləğində uduşa sahib çıxıblar. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, xadimə işləyən qadınların hər birinin gündəlik qazancı o qədər azdır ki, onlar yalnız pullarını bir yerə qoyaraq lotereya bileti almaq imkanı əldə edə biliblər.

"Bu günə qədər həyatımda şans heç vaxt mənim tərəfimdə olmamışdı, lakin bu dəfə cekpotu udduq", - deyə xadimə işləyən 62 yaşlı qadın bildirib.

Xadimələr hələ əvvəldən məbləği öz aralarında bərabər bölməyə razılaşıblar.
Maraqlıdır ki, cekpot udan qadınların arzuları da üst-üstə düşür.  

Onlar müsahibələrində bildiriblər ki, pulu mənzil almağa, uşaqların təhsilinə və yığılmış borclarını ödəməyə sərf edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.