Dünya

Səudiyyə Ərəbistanında dəvə festivalı keçiriləcək

13 İyul 2023 17:09
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı Vəliəhdiin şərəfinə Beşinci Dəvə Festivalı avqustun 1-də Taif Dəvə Meydanında başlayacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu il yarışlarda 589 iştirakçı iştirak edəcək və ümumi mükafat fondu 15 milyon dollar olacaq.

Festival bütün yaş qrupları üçün 11 günlük ilkin mərhələ ilə başlayacaq və avqustun 28-də final yarışları ilə yekunlaşacaq.

Qeyd edək ki, 2018-ci ildə yarandığı gündən festival dünyanın hər yerindən çoxlu sayda dəvə həvəskarlarını cəlb edib.

Tədbirin məqsədi Səudiyyə Ərəbistanında dəvə yarışı irsini təbliğ etmək, həmçinin turizmə və Krallığın iqtisadi inkişafına dəstək olmaqdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.