Dünya

Putinin bu addımı NATO-ya hücum kimi qəbul ediləcək

10 İyul 2023 15:21
Baxış: 2 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya rəhbərliyi Zaporojye AES-i partlatmaq əmri verə bilər. Qərb isə buna Kaxovka SES-in ruslar tərəfindən dağıdılmasına verdiyi reaksiyanı verəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu britaniyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Qlen Qrant deyib.

"Kremlin bu barədə qərarı Rusiya əhalisinin buna necə reaksiya verə biləcəyindən asılı olacaq. Yadda saxlamaq lazımdır ki, bu müharibə əsasən Rusiya ictimai rəyi naminə aparılır. Onun (Putinin - red.) hərəkətləri bilavasitə rusların ictimai rəyindən asılıdır, onun əli daim nəbzindədir. Putin düşünürsə ki, bu addımı atmaqla ictimai rəy ona lazımi dəstəyi verəcək və ya onu gücləndirəcək, o zaman bunu edəcək. Digər mövzular arasında, ilk növbədə, onun nədən danışdığını və necə düşündüyünü anlamaq üçün Rusiyanın içərisinə baxmaq lazımdır",- o bildirib.

Onun fikrincə, nüvə fəlakəti təbii ki, Qərbi ayağa qaldıracaq.

Ekspert onu da qeyd edib ki, Putinə bildiriblər ki, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə NATO ölkələrinə hücum kimi qiymətləndiriləcək, çünki bunun nəticələri onlara da təsir edəcək:

"Əminəm ki, Qərb öz qapalı kanalları ilə Putinə bunun pis fikir olduğunu bildirib. Yəni, Amerika hökuməti açıq şəkildə bəyan edib ki, nüvə bombasından istifadə NATO-ya qarşı hücum kimi qiymətləndiriləcək, çünki bunun nəticəsi olacaq. İstər-istəməz NATO ölkələrinə təsir edəcək. Ona görə də rusların bunu etmək istəməməsi məntiqlidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.