Dünya

BƏƏ-də sürücüsüz avtomobillərdən istifadə üçün ilk lisenziya verilib

5 İyul 2023 02:23
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası bazar ertəsi özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.

BƏƏ-nin baş naziri icazəni ixtisaslaşmış "WeRide" şirkətinin aldığını bildirib.

Bundan əlavə, BƏƏ hökuməti bazar ertəsi elektrik avtomobilləri ilə bağlı siyasəti təsdiqləyib. Buraya enerji doldurucuların milli şəbəkəsinin yaradılması, belə maşınlar bazarının tənzimlənməsi, eləcə də əlaqəli sahələrin stimullaşdırılması daxildir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.