Dünya

3000 il yaşı olan qılınc tapılıb

17 İyun 2023 12:59
Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyadan olan arxeoloqlar təxminən 3000 il yaşı olan qılınc tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, dövrümüzə qədər yaxşı vəziyyətdə qalan silah tunc dövründə hazırlanıb.

Bavariyanın Nördlingen şəhərində aşkarlanan silah kişi, qadın və uşaqla birlikdə dəfn olunub. Arxeoloqlar qeyd ediblər ki, belə qalıqların yaxşı vəziyyətdə tapılması əsl uğurdur.

Bavariya Dövlət Abidələr Mühafizəsi İdarəsinin rəhbəri Matias Pfayl bildirib ki, tapıntı haqqında daha dəqiq məlumatlar vermək üçün onu daha dərindən araşdırmağa ehtiyac var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.