Dünya

Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı

16 İyun 2023 05:05
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tümen vilayətinin Yalutorovski məhkəməsi kişinin gözünü çıxaran şəxsi 6 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, məhkum cəzasını ümumi rejimli koloniyada çəkəcək. Həmçinin o, zərərçəkmişə dəymiş mənəvi ziyanı da ödəməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 111-ci ("Qəsdən sağlamlığa ağır zərər vurma") maddəsi ilə ittiham olunub.

İş materiallarından belə görünür ki, fevralın 3-də Yalutorovsk şəhərinin sərxoş sakini kafedə siqaret yandırıb. Bundan sonra digər müştəri ona irad tutub. Bu, müttəhimin xoşuna gəlməyib və bıçaq üçün evə gedib. Daha sonra onu incidən şəxsi küçəyə çağırıb. Orada onun gözünə zərbə endirib, nəticədə zərərçəkmiş görmə qabiliyyətini itirib.

Məhkəmədə həmin şəxs özünü təqsirli bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.