Dünya

13 yaşlı uşağın diqqəti 70-ə yaxın sərnişini xilas etdi - FOTO

30 Aprel 2023 11:31
Baxış: 1 421
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-də 13 yaşlı şagird böyük bir faciənin qarşısını alaraq məktəb yoldaşlarının həyatını xilas edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Miçiqan ştatında baş verib.

Belə ki, məktəb avtobusunun sürücüsü sükan arxasında huşunu itirib, 7-ci sinif şagirdi Dillon Rivz özünü itirməyərək tez müdaxilə edib və avtobusu təhlükəsiz yerə çəkərək saxlayıb.

66 yoldaşının və sürücünün həyatını xilas edən Dillon ABŞ-də qəhrəman elan edilib.

Sürücünün hansı səbəbdən huşunu itirməsi barədə məlumat verilməyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.