ABŞ-də 13 yaşlı şagird böyük bir faciənin qarşısını alaraq məktəb yoldaşlarının həyatını xilas edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Miçiqan ştatında baş verib.
Belə ki, məktəb avtobusunun sürücüsü sükan arxasında huşunu itirib, 7-ci sinif şagirdi Dillon Rivz özünü itirməyərək tez müdaxilə edib və avtobusu təhlükəsiz yerə çəkərək saxlayıb.
66 yoldaşının və sürücünün həyatını xilas edən Dillon ABŞ-də qəhrəman elan edilib.
Sürücünün hansı səbəbdən huşunu itirməsi barədə məlumat verilməyib.
Milli.Az