Dünya

Ukraynaya kütləvi dron hücumu: Azərbaycanlılar həlak oldular

19 Aprel 2023 14:53
Baxış: 2 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibə davam edir.

Milli.Az Baku TV-yə istinadən bildirir ki, ötən gecə Odessa şəhəri uzun fasilədən sonra yenidən hücuma məruz qalıb. 

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz və Krım istiqamətindən şəhərə kütləvi dron hücumu təşkil ediblər. 

O da bildirilib ki, Rusiya Ordusu Donetskin Avdeyevka və Baxmut şəhərlərinə hücumu daha da gücləndirib.

"Hücumlar zamanı Donetskdə həmyerlilərimiz də zərər çəkib. Nicat Həşimovun Toretsk şəhərindəki evi mərmi zərbələrindən tamamilə yararsız hala düşüb. Həmçinin bir müddətdir itkin düşən Hüseyn Mərdanovun meyiti tapılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.