Dünya

14 yaşlı məktəbli uşaq dünyaya gətirdi - Xəbəri olmayıb ki...

14 Aprel 2023 22:03
Baxış: 1 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada 14 yaşlı məktəbli qız hamiləliyinin səkkizinci ayında uşaq dünyaya gətirib. Mənbənin sözlərinə görə, qız həmyaşıdı tərəfindən zorlanıb.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat verib.

VII sinif şagirdi valideynləri ilə ticarət mərkəzində gəzərkən özünü pis hiss edib, qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Tibb müəssisəsində məktəbli qızın hamilə olduğu və qeysəriyyə əməliyyatına ehtiyacı olduğu üzə çıxıb. Əməliyyat uğurlu keçib, ana və uşaq xəstəxanadadır.

Qızın valideynləri onun hamilə olmasından xəbərsiz olub. O, uşağın atası ilə idman meydançasında tanış olduğunu bildirib. Onun sözlərinə görə, oğlan onu zorlayıb.

Məlum olub ki, hadisədən sonra uşağın atası Qırğızıstana qaçıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.