Dünya

Ukraynaya F-16-lar göndəriləcəkmi?

6 Aprel 2023 08:49
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri ilə mümkündür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan bildirib.

"ABŞ, NATO tərəfdaşlarımız Ukraynanın öz ərazisini uğurla müdafiə edə bilməsini istəyir. Ukrayna döyüş meydanında yaxşı mövqeyə malik olanda danışıqların vaxtı gələcək və Ukrayna öz şərtlərini diktə edə biləcək", - sözçü söyləyib.

Ukraynaya F16 təyyarələrinin tədarükü məsələsini şərh edən sözçü bildirib ki, ABŞ və tərəfdaşları Ukraynanın döyüş meydanında yaxşı, güclü mövqe tutması üçün indi göndərilə biləcək yardımlar üzərində çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.