Əfqanıstanın "Əfqanıstanın səsi" informasiya agentliyinin binasında partlayış törədilib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib.
Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb.
Əfqanıstanın təhlükəsizlik nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.
Hazırda araşdırma aparılır.
Milli.Az