Mətbuat konfransı zamanı 2 jurnalist öldürüldü

11 Mart 2023 23:11

Əfqanıstanın "Əfqanıstanın səsi" informasiya agentliyinin binasında partlayış törədilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib.

Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb.

Əfqanıstanın təhlükəsizlik nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.
Hazırda araşdırma aparılır.

Milli.Az