Dünya

Kişi burnunu yudu: Bakteriya onu öldürdü

6 Mart 2023 23:23
Baxış: 1 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın Florida ştatında yerli sakin nadir amöbaya yoluxduqdan sonra ölüb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, həkimlər amerikalının sinuslarını kran suyu ilə yuduqdan sonra nadir və təhlükəli bakteriya tuta biləcəyini düşünürlər.

Yerli səhiyyə rəsmiləri, kişinin Naegleria fowleri adlı mikroskopik amöbaya tutulduğunu bildirib. Bu cür infeksiyalar inanılmaz dərəcədə nadirdir, lakin əvvəllər belə hallar olub. Orta hesabla, 2012-ci ildən 2021-ci ilə qədər hər il 0 ilə 5 arasında xəstəlik diaqnozu qoyulub.

Naegleria fowleri bakteriyası çox spesifikdir və onu tutmaq çətindir, çünki o, birbaşa burun vasitəsilə sinusa və beyinə keçməlidir. Şirin suda, xüsusən durğun sularda tez-tez olur.

Səhiyyə orqanlarının izahatına görə, xəstələr tez-tez göllərdə və çaylarda üzərkən və suya batarkən tərkibində amöba olan su burun vasitəsilə bədənə daxil olduqda yoluxurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.