Dünya

Ledi Qaqa itlərini girov götürənə pul vermədi: məhkəməyə verildi

25 Fevral 2023 23:59
Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ledi Qaqa itlərə görə məhkəməyə verilib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Ledi Qaqanın itləri 2021-ci ilin fevral ayının sonunda qaçırılıb. Belə ki, naməlum şəxslər heyvanları gəzdirən ifaçının köməkçisinə hücum edərək, onu güllələyib və itləri aparıblar. Daha sonra Ledi Qaqa ev heyvanlarının qaytarılmasına görə 500 min dollar mükafat elan edib və bir neçə gün sonra onlar geri qaytarılıb.

Eyni zamanda, itləri geri qaytaran ABŞ vətəndaşı Cennifer Makbrayd sonradan oğurluqda əli olduğu üçün saxlanılıb və məhkum edilib. Məhkəmə onu oğurlanmış malları gizlətməkdə təqsirli bilib.

İddiada Qaqanın qonorar ödəməyərək Makbraydı aldatdığı iddia edilir. Sənədə görə, Makbrayd 500 min dollar almaması nəticəsində maddi və mənəvi ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.