Rusiyada beşmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə ölkənin Novosibirsk şəhərində qeydə alınıb.
Partlayış nəticəsində ölənlərin sayı 12, yaralananların sayı isə 9 nəfərə çatıb.
Hadisəyə görə fevralın 10-u Novosibirsk vilayətində matəm elan edilib.
Milli.Az
Milli.Az