Rusiyada partlayışda ölənlərin sayı artdı

9 Fevral 2023 23:04

Rusiyada beşmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə ölkənin Novosibirsk şəhərində qeydə alınıb.

Partlayış nəticəsində ölənlərin sayı 12, yaralananların sayı isə 9 nəfərə çatıb.

Hadisəyə görə fevralın 10-u Novosibirsk vilayətində matəm elan edilib.

Milli.Az

Milli.Az