Dünya

25 yaşlı futbolçu qəzada öldü

20 Yanvar 2023 10:23
Baxış: 1 183
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərənin "Tottenhem" klubunun sabiq müdafiəçisi Anton Uolks faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu qayıq qəzasında dünyasını dəyişib.

Bu barədə onun sonuncu klubu - "Şarlott" açıqlama yayıb. ABŞ təmsilçisi ingilis futbolçunun Mayami yaxınlığında qəzaya uğradığını bildirib.

Xatırladaq ki, Anton Uolks 2016-2018-ci illərdə "Tottenhem"in şərəfini qoruyub. London klubu həmin vaxt onu "Atlanta Yunayted" və "Portsmut"a icarəyə də verib. Uolks "Tottenhem"dən ayrılandan sonra da bu iki komandanın uğurları üçün çalışıb. 2021-ci ilin dekabrından isə o, "Şarlott"da forma geyinirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.