Dünya

Məşhur aktrisa vəfat etdi

16 Yanvar 2023 15:50
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur italyan aktrisası Cina Lollobricida vəfat edib.

Milli.Az bu haqda TASS-a istinadən xəbər verir.

Aktrisanın 95 yaşı olub.

Luicina Lollobricide İtaliyanın mərkəzində, Subiako şəhərində mebel ustası ailəsində anadan olub. Onun doğulduğu ailənin Culiana, Mariya və Fernanda adlı daha üç qızı var idi. Gələcəyin aktrisası uşaqlığını dağların arasında yerləşən ucqar bir kənddə keçirib. 1945-ci ildə ailəsi Romanın kənarına köçüb və Cina küçə rəssamı kimi ilk pulunu karikatura çəkməklə qazanıb. Həmin dövrdə o, opera vokal dərsləri alır və teatr məktəbində oxuyurdu.

1946-cı ildə Luicina kinoda epizodik rolları ilə debüt edib. 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yeri tutub.

1950-1951-ci illərdə aktrisa artıq Cina Lollobrigida adı ilə üç italyan filmində baş rollarda oynayıb. Lakin əsl dünya şöhrəti ona fransız kinorejissoru Kristian-Jakın "Fanfan Lalə" filmindəki gözəl Adeline obrazından sonra gəlib, burada ortağı Jerar Filip olub. 1952-ci ildə onlar yenidən çəkiliş meydançasında - "Gecə gözəlləri" filmində görüşüblər.

Cina Lollobricidanın kino karyerası 1973-cü ildə dayandırılsa da o, 1997-ci ilə qədər filmlərdə rol alıb. 50 il ərzində o, Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu "Notr-Dam Katedralı"nda (1956) Esmeralda obrazı olub.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, "Mənim İtaliyam" və "Uşaqlar və Heyvanlar" mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltaraşlıqla da məşğul olub. O, bir çox film festivallarında iştirak edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.