Dünya

İranda hakimiyyətdaxili parçalanma güclənir

30 Dekabr 2022 07:31
Baxış: 975
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Etiraz aksiyaları başlayandan sonra bir sıra komandirlər və keçmiş rəsmilər sistemdən uzaqlaşmağa çalışırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu SEPAH komandirinin müşaviri və İmam Hüseyn adına Hərbi Universitetin keçmiş başçısı Həmid Abazəri deyib.

O, ad çəkmədən bir sıra tanınmış hökumət adamlarının etirazlar qarşısında susduğunu, Əli Xameneini müdafiə etmədiklərini bildirib.

"Bir çox komandirlər bu hadisələr zamanı kəskin mövqe nümayiş etdirə, müqavimət göstərə bilməyib, dəyərlərimizə qarşı çıxdılar".

Qeyd edək ki, Həmid Abazərinin bu çıxışı İranda hakimiyyətdaxili parçalanmanın gücləndiyi ehtimallarını qüvvətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.