Dünya

Perudakı etirazlarda azı 23 nəfər ölüb

18 Dekabr 2022 23:52
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peruda etirazlar zamanı ölənlərin sayı 23 nəfərə çatıb.

Ölkədə siyası böhran fonunda kütləvi nümayişlər səngimək bilmir

Xatırladaq ki, Peru Respublikasının Konqresi dekabrın əvvəlində prezident Pedro Kastilonun impiçmentini elan edib. Hətta parlamentin buraxılması və komendant saatının tətbiqi də dövlət başçısına kömək etməyib.

Tezliklə prezident deputatların tərəfinə keçən polis tərəfindən saxlanılıb. Ölkədə ilk dəfə qadın dövlət başçısı kimi vitse-prezident Dina Boluarte and içib

Bundan sonra Peruda kütləvi etirazlar başlayıb. Hökuməti 30 günlük fövqəladə vəziyyət tətbiq etməli olub.

Qeyd edək ki, növbəti prezident seçkiləri 2024-cü ilə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.