Dünya

Ərdoğan: "Bayraktar Kızılelma"nın ilk uçuşu gələn ay reallaşa bilər

11 Dekabr 2022 23:02
Baxış: 1 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ilk pilotsuz qırıcısı "Bayraktar Kızılelma"nın ilk uçuşu bir ay ərzində həyata keçirilə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərlə görüşü zamanı bildirib.

O, əlavə edib ki, Türkiyə artıq öz raketlərini də istehsal edir.

Ərdoğan, həmçinin, terrorla mübarizə mövzusuna toxunaraq, ABŞ-nın Suriyanın şimalına 4-5 min yük maşını ilə silah və sursat göndərdiyini bildirib. O, bu barədə Ankaranın rəsmi Vaşinqtona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ABŞ-nın terrorçulara dəstəyini dayandırmadığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.