Fransalı çörəkçilər enerji qiymətlərinin artması ilə bağlı hökümətə etiraz edir.
"Qaz yoxdur, çörək də yoxdur", - deyə onlar çörəkxanalarının pəncərələrinə etiraz şüarları yazıb yapışdırırlar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çörəkçilər enerji qiymətlərinin artmasının kruasan və digər un məmulatlarını xeyli dərəcədə bahalaşdırdığından şikayət edirlər.
Parisdə və şəhərətrafı ərazilərdə artıq çox sayda belə kiçik müəssisə bağlanıb.
Milli.Az