Dünya

Əfqanıstandan narkotik ixracı iki dəfə artıb

19 Oktyabr 2022 13:16
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tacikistanın baş prokuroru Yusuf Rəhmon 2021-ci ildə Əfqanıstandan narkotik vasitələrin qanunsuz ixracının 2020-ci ilə nisbətən təxminən iki dəfə artdığını bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə çərşənbə axşamı Düşənbədə keçirilən terrorizmlə mübarizədə beynəlxalq və regional əməkdaşlıq üzrə yüksək səviyyəli konfransda bildirib.

"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi terrorçuların maddi və maliyyə dəstəyidir. Əgər 2020-ci ildə biz 2,5 tona yaxın narkotik vasitə ələ keçirmişiksə, 2021-ci ildə bu həcm 4 tona yüksəlib. Əfqanıstandan narkotiklərin qanunsuz ixracı demək olar ki, iki dəfə artıb", - Baş Prokuror bildirib.

O qeyd edib ki, bu vəziyyət narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini təsdiq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.