Dünya

Krım körpüsünü 26 yaşlı Samir partladıb? - Videomüraciət YAYILDI

9 Oktyabr 2022 10:06
Baxış: 4 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krım körpüsündə partlayan yük avtomobilinin sahibi kimi özünü təqdim edən Samir Yusubov hadisədə əli olduğunu inkar edib. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, S.Yusubovun videomüraciəti sosial şəbəkələrdə yayılıb. 

"Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur, yük avtomobili mənim adımadır, maşını əmim Mahir Nəsib oğlu Yusubov idarə edir", - S.Yusubov deyib.

Yusubov təsdiqləyib ki, yük avtomobili onun adına rəsmiləşdirilib, dayısı Yusubov Mahir Nəsib oğlu əvvəllər Tatarıstanda fərdi sahibkar kimi qeydiyyatda olub, fəaliyyəti avtomobil yolu ilə yük daşımaları olub.

Hazırda Yusubovun yaxınları axtarılır, özü isə xaricdədir.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Bundan başqa, Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrələrin daşınması üçün sifariş alıb.

"RBC"nın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, bundan "kor-koranə" istifadə oluna bilər.

Həmsöhbətin sözlərinə görə, sürücüdən istifadə olunub. Yəqin ki, onun planlaşdırılan partlayışdan xəbəri olmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.