Dünya

Boğazında oraq olan "vampir qadın"ın qalıqları tapılıb

5 Sentyabr 2022 21:48
Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar Polşada 17-ci əsrdə vampirlə səhv salınan qadının qalıqlarını aşkar ediblər.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazıb.

Qalıqlar Polşanın şimalındakı Torun şəhəri yaxınlığındakı Pien kəndində köhnə qəbiristanlıqda aparılan arxeoloji işlər zamanı tapılıb. Mərhumun boğazı oraqla yerə basdırılıb, ayaq barmağına qıfıl asılıb. Alimlərin fikrincə, bu dəfn üsulu o dövrdə yaşayan insanların xurafatına görə istifadə edilib - onlar "vampir qadının" ölülərdən diriləcəyindən və məzardan çıxacağından qorxublar.

Arxeoloji qrupun rəhbəri, Nikolay Kopernik Universitetinin professoru Dariuş Polinski, "oraq boynuna elə qoyulmuşdu ki, mərhum ayağa qalxmaq istəsə, başı kəsiləcəkdi" deyib. O, həmçinin əlavə edib ki, barmaqdakı qıfıl canlılar dünyasına qayıtmağın qeyri-mümkün olduğunu ifadə edə bilər.

Tədqiqatçılar mərhumun başında ipək papaq olduğunu da qeyd ediblər - bu, qadının yüksək sosial statusundan xəbər verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.