Dünya

Qaz pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlər

29 Avqust 2022 14:26
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa sakinləri qaz və elektrik enerjisinin bahalaşması fonunda daha çox odun almağa başlayıb. 

Məlumata görə, ağac emalı müəssisələri tam gücü ilə işləməyə məcbur qalıblar, çünki sifarişlərin sayı xeyli artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, odunun qiymətləri də son iki ildə orta hesabla 20% artıb.

Bəzi zavodlarda 1 kub odunun qiyməti 85 avro (144 manat) təşkil edir ki, bu da ötən illə müqayisədə 10 avro (16,9 manat) bahadır. 

Bununla belə, odun qaz və ya elektrik enerjisindən daha ucuz başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.