Dünya

Generallar Baydenə çağırış etdi: Ukraynaya təcili silah verin...

18 Avqust 2022 18:45
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyanı dalana dirəmək üçün kifayət qədər silah verir, lakin bu, Ukraynaya işğal edilən əraziləri geri qaytarmaq üçün kifayət etmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirlər ABŞ-ın istefada olan 19 generalı və keçmiş məmurlarının Ukraynaya silah tədarükünün artırılması ilə bağlı çağırışlarında yer alıb.

"Biz hesab edrik ki, Ukraynaya qələbə üçün lazım olan silahları verməyi hər gün gecikdirərək, Kremllə qarşıdurmadan qaçırıq. Əksinə, biz sadəcə olaraq daha az əlverişli əsaslarla bu təhlükə ilə üzləşmə ehtimalını artırırıq. Biz Bayden administrasiyasını sürəti artırmağa çağırırıq", - çağırışda bildirilib.

Çağırışçılar arasında NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı general Filipp Bridlav, ABŞ-ın Ukraynadakı keçmiş 3 səfiri Mari Yovanoviç, Con Herbst, Ulilyam Teylor da yer alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.