Dünya

ABŞ rus almazının ixracına qadağa qoyur

17 Avqust 2022 14:22
0 Şərh     Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiya almazlarının ixracına qadağa qoymaq istəyir: onların "qanlı" hesab olunmağını təklif edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

"ABŞ Dövlət Departamentinin rəsmisi Corc Kajati bu barədə BMT-nin münaqişə zonalarından almazların yayılmasına qarşı mübarizə məqsədilə yaratdığı "Kimberli prosesi" beynəlxalq təşkilatına yazıb. Çünki onların satışından gələn pulla ölkələr müharibələri maliyyələşdirə bilər. Aİ, Kanada və Ukrayna da rus almazlarının qanlı hesab edilməsi haqqında çağırış edib", - məlumatda bildirilir.

Qeyd edilir ki, Rusiya dünyanın ən böyük kiçik almaz tədarükçüsüdür və enerji resurslarından sonra ixracdan ən çox gəliri almazdan götürür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.