Dünya

İrəvanda partlayışda ölənlərin sayı 7-yə çatdı

15 Avqust 2022 20:42
2 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan öz Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından yenicə kişi meyiti çıxarılıb.

"Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir", - deyə bildirib.

Qeyd edək ki, avqustun 14-də İrəvanda "Surmalu" ticarət mərkəzində güclü partlayış və yanğın baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.