Dünya

“Odla oynayanlar öləcəklər” - Çindən ABŞ-a xəbərdarlıq

15 Avqust 2022 07:14
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və "Vahid Çin" siyasətinə riayət etməyə çağırır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Lyu Syaomin tvitter səhifəsində yazıb.

"Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər. Biz aidiyyəti ölkələri "Vahid Çin" siyasətinə riayət etməyə, Tayvanla bağlı məsələləri düzgün həll etməyə və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq", - Çin rəsmisi qeyd edib.

O, həmçinin qeyd edib ki, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs ölkədə 1,4 milyarddan çox insanın əli ilə hörülmüş "böyük polad divar"la üzləşəcək.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana iki günlük səfəri başlayıb. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.