Dünya

Bu ölkədə meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edildi

29 İyul 2022 16:42
0 Şərh     Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhər meri London Brid elan edib.

O, şəhərdə ilk yoluxmanın iyunun 3-də müəyyən edildiyini və virusun o vaxtdan bəri yayıldığını bildirib.

Merin sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə asanlıqla yayılmadığı üçün ümumi əhali üçün risk azdır, ancaq San-Fransisko Xalq Sağlamlığı Departamenti hökumətə mümkün çətinliklərə daha yaxşı hazırlaşmağa kömək etmək üçün bu qərara gəlib.

Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.