"Titanik" filmində rol alan Britaniya aktyoru Devid Uorner 80 yaşında vəfat edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə aktyorun qohumları bildirib.
Qocalar evində qalan aktyor ömrünün son 18 ayını onkoloji xəstəliklə mübarizə aparırmış.
Daha çox mənfi qəhrəmanları canlandıran Uorner 1978-ci ildə ekranlara çıxan "Otuz doqquz addım", eləcədə "Zamanın quldurları" (1981), "Taxt" (1982) filmlərindən sonra məşhurlaşıb.
Milli.Az