“Titanik”in aktyoru vəfat etdi

25 İyul 2022 18:20

"Titanik" filmində rol alan Britaniya aktyoru Devid Uorner 80 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə aktyorun qohumları bildirib.

Qocalar evində qalan aktyor ömrünün son 18 ayını onkoloji xəstəliklə mübarizə aparırmış.

Daha çox mənfi qəhrəmanları canlandıran Uorner 1978-ci ildə ekranlara çıxan "Otuz doqquz addım", eləcədə "Zamanın quldurları" (1981), "Taxt" (1982) filmlərindən sonra məşhurlaşıb.

Milli.Az