Dünya

"Yayılan məlumatlar həqiqətə uyğun deyil - dövlət sərhədinin mühafizəsi..."

22 İyul 2022 08:49
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı Ermənistan mətbuatında yayılan dezinformasiyaları təkzib ediblər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik həyata keçirilir", - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Ermənistanda sosial şəbəkələrdə Türkiyə əsgərlərinin guya erməni çobanları əsir götürməsi, onların Rusiya tərəfinin köməyi ilə geri qaytarılması barədə yalan məlumatlar yayılıb. Dezinformasiya sonradan Ermənistanın yalan tirajlayan bir sıra tanınmış xəbər agentliklərində, saytlarında da dərc edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.