Dünya

Baydenlə görüşən Yelena Zelenskaya təkrar COVID-19 testindən keçəcək

22 İyul 2022 08:38
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya çərşənbə günü görüşdüyü ABŞ Prezidenti Cozef Baydenin koronavirus xəstəliyi ilə bağlı məlumatdan sonra COVID-19 üçün ikinci sınaqdan keçəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi feysbuk səhifəsində məlumat verilib.

"ABŞ-a yola düşməzdən əvvəl, eləcə də Birləşmiş Ştatların birinci xanımı ilə görüşmək üçün Ağ Evə gəlməzdən əvvəl Cill Bayden, Yelena Zelenskaya və digər nümayəndə heyətimiz COVID-19 üçün məcburi testlərdən keçiblər. Ukrayna Prezidentinin xanımını müşayiət edən hər kəs koronavirusla bağlı mənfi nəticələr alıb. Aydındır ki, əgər test müsbət nəticə versəydi, Ukraynanın birinci xanımı ilə ABŞ arasında görüş baş tutmayacaqdı", - Ofisdən bildirilib.

"Ağ Evdə Yelena Zelenskaya ilə görüşən Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin COVID-19 testinin müsbət çıxması barədə məlumatı aldıqdan sonra Ukraynanın birinci xanımı, əlbəttə ki, təkrar koronavirus testi verəcək. Yelena Zelenskaya iki dəfə peyvənd olunub və gücləndirici doza alıb. Özünü yaxşı hiss edir", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.