Dünya

Homoseksual olduğunu etiraf edib, özünü damdan atdı

18 İyul 2022 19:52
0 Şərh     Baxış: 1 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Nijeqorodski vilayətində 15 yaşlı oğlan homoseksual olduğunu etiraf etdikdən sonra özünü öldürüb.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, iyulun 17-də axşam Tolya dostları Varvara və Vanya ilə Vıksa şəhərinin Mərkəzi küçədəki doqquz mərtəbəli binanın damında idi - bir versiyaya görə, yeniyetmələr atəşfəşanlığa baxmaq istəyirdilər. Yeniyetmələr spirtli içki qəbul edib, söhbət ediblər. Gecə yarısı sərxoş Tolya dostlarına əsas sirrini söyləmək qərarına gəldi.

Yeniyetmə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib olduğunu və oğlanlardan xoşlandığını etiraf etdi. Varvara və Vanya bu xəbəri həzm edərkən Tolya ayağa qalxdı və qaçaraq damdan tullanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

İndi polis məsələni araşdırır. Tolya heç bir intihar qeydi qoymayıb. Əməliyyatçılar damda yalnız boş konyak şüşəsini tapıblar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.